Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

19 fevral 2022

08:25:10
1231036

C.Afrika sionist rejimi tənqid edib

Cənubi Afrikanın xarici işlər naziri Qüdsü işğal etmiş rejimi və bu rejimin fələstinlilərə qarşı irqi ayrı-seçkiliyini kəskin şəkildə tənqid edib.

ABNA24 Xəbər Verir , Afrika İttifaqının İcra Şurası ötən ilin oktyabrındakı yığıncağında ittifaqın komissiya sədri Musa Fəkinin sionist rejimə nəzarətçi statusunun verilməsinə dair təklifi barədə qərarçıxarmanı təxirə saldı.

Ərəb Liqasının baş katibi Əhməd Əbulqeyt bir bəyanatda Afrika İttifaqının sionist rejimin həmin ittifaqa nəzarətçi üzvlüyünün dayandırılması üzrə addımını himayə edib. Vurğulayıb ki, bu qərar Fələstin amalına dəstək istiqamətində Afrika İttifaqının tarixi mövqeyilə uyuşan bir düzəliş addımıdır.

Ötən ilin avqust ayının əvvəlində Komor Respublikasından əlavə, Əlcəzair, Tunis, Misir, Liviya və Movritaniya Afrika İttifaqının komissiya sədrinin həmin ittifaqın nəzarətçi üzvü kimi Qüdsü işğal etmiş rejimin etimadnaməsinin qəbul edilməsinə dair hərəkətinə rəsmən etiraz etdilər.

Cənubi Afrikanın xarici işlər naziri həmçinin Qüdsü işğal etmiş rejimin nəzarətçi üzv kimi Afrika İttifaqına qatılmasına qarşı çıxıb.

342/