Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

16 fevral 2022

12:03:28
1230250

Nucaba: Xəlifə sülaləsi devrilməyənə qədər Bəhreyn xalqını dəstəkləməyi dayandırmayacağıq

“Qardaş Bəhreyn xalqına meydan və media dəstəyindən heç bir zaman imtina etməyəcəyik və onlara hər cür dəstək verməyə tələsəcəyik; Ta ki, bu cinayətkar zalım rejimin mühakiməsi və devrilməsinə nail olunsun və əziz Bəhreyn xalqının tələbləri yerinə yetirilsin.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəhreyn xalqının zalım Xəlifə vəhhabi sülalə rejiminə qarşı inqilabının 11-ci ildönümündə İraqın Nücəba İslami Müqavimət Hərəkatı beynəlxalq insan haqları təşkilatlarını tənqid edən bəyanatda verib.

Bəyanatda Nücəba hərakatı beynəlxalq insan haqları təşkilatlarını bu xalq üsyanını unudub gözardına vurmaqlarını kəskin qınayaraq bildirib: “Xurma ağacı kimi möhkəm olan Bəhreynli dul qadınların göz yaşları və əsirlikdə və zalımların işgəncəsi altında məhbusların müqaviməti ilə bizdə qürur hissi, ümid, səbr artaraq, Uca Allaha təvəkkülümüz çoxalır.

Biz İslam Müqaviməti olaraq hesab edirik ki, məsuliyyət daşıyan beynəlxalq təşkilatların susması, eləcə də demokratiya və azadlıq diskursunu əllərində əsas tutan ölkələrin bu rejimin cinayətlərinə laqeydliyi bu qurumların və hökumətlərin vicdanının kor olduğunu və məsələyə birtərəfli baxdıqlarını, öz maraqlarından başqa heç nəyi görmədiklərini təsdiqləyir.

Elə bir gün yoxdur ki, biz bu səbirli xalqın şəhid və qazilərinin simasını, eləcə də Bəhreyn inqilabçılarının, məhbusların və mömin qadınların şücaətli müqavimətini görməyək və onlar haqqında düşünməyək.

Qardaş Bəhreyn xalqına meydan və media dəstəyindən heç bir zaman imtina etməyəcəyik və onlara hər cür dəstək verməyə tələsəcəyik; Ta ki, bu cinayətkar zalım rejimin mühakiməsi və devrilməsinə nail olunsun və əziz Bəhreyn xalqının tələbləri yerinə yetirilsin.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!