Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

15 fevral 2022

19:13:14
1229925

İlahi Əbədi Möcüzə; Həzrət İmam Əlinin (ə) Allah Evində dünyaya gəlişi üçün Kəbənin yarılması - Foto sənəd

Mötəbər Şiə və Sünni mənbələrinə görə Əmirəl-möminin Əli ibn Əbi Talib (əleyhi səlam) fil ilindən otuz il sonra Rəcəb ayının 13-də Məkkə şəhərində və Kəbə Evində dünyaya göz açıb. Əmirəl-möminin (ə) nəcib anasının Kəbə Evinə daxil olması üçün Kəbə Evinin yarılan yer indi “Müstəcər” adlanır və “Yəmani sütunu”na yapışıqdır. O vaxtdan 1440 ildən çox vaxt keçib. Baxmayaraq ki, bu uzun müddət ərzində Kəbə evi dəfələrlə təmir olunub, hətta dəfələrlə yenidən tikilib, lakin hər dəfə təmirdən, yenilənmədən, hətta daşların dəyişdirilməsindən sonra”Yəmani sütunu”ndakı parçalanma yer yenidən peyda olur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ərəb tarixçiləri yazırlar ki, Əlinin (ə) anası “Fatimə binti Əsəd” doğuş sancısı çəkən zaman Kəbə evinə gedərək belə dua edir: “İlahi! Mən sənə və səndən gələn bütün peyğəmbərlərə və kitablara inanıram və bu Evi tikən babam İbrahim Xəlilin sözlərini təsdiq edirəm. Rəbbim! “Bu Evi tikənin haqqına və mənim bətnimdə olan bu körpənin haqqına görə onun doğulmasını mənim üçün asanlaşdır”.

Bu duadan sonra qəfildən Kəbə “Yəmani sütunu”tərəfindən açıldı və həzrəti Fatimə binti Əsəd (əleyha səlam) Kəbə Evinin içərisinə keçərək ətrafda tamaşa edənlərin və Kəbə Evini iyzarət edənlərin nəzərindən qeyd oldu. Kəbə Evin divarı isə yenidən əvvəlki kimi birləşdi. Qorxuya düşən camaat qapının kilidini açmaq istədi, ancaq qapı açılmadı və bu işdə bir sirr olduğunu və bu işin Allah-taaladan olduğunu bildilər. Üç gün sonra yenidən Kəbə Evi yarıldı və xanım Fatimə binti Əsəd (əleyha səlam) Kəbə Evindən qucağında qundağa bükülmüş körpə ilə çölə çıxdı. Bu zaman həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) körpəni qucağına alaraq ona dua etdi və həzrətƏli Kəbə Evindən çılə çəxdəqda gözünü açıb ilk gördüyü şəxs həzrət Muhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih oldu)

Əmirəlmöminin (ə) anası üçün ayrılan yer indi “Müstəcər” adlanır və “Yəmani sütunu”na yapışıqdır.

O vaxtdan 1440 ildən çox vaxt keçib. Baxmayaraq ki, bu uzun müddət ərzində Kəbə Evi dəfələrlə təmir edilmiş və hətta yenidən tikilmişdir; Amma hər dəfə daşları təmir edəndən, yeniləyəndən, hətta dəyişdirəndən sonra parçalanma yeri yenidən görünür.

Təmir edilmiş çatlamış divarın yaxından görünüşü:

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!