Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

12 fevral 2022

11:19:19
1228716

Təcavüzkar koalisiya qüvvələri nakam qaldılar

Yəmənin istefa vermiş hökumətinin beşinci hərbi dairəsinin sözçüsü Yəmənin şimal-qərbindəki "Hərz" bölgəsində təcavüzkar koalisiya qüvvələrinin məğlubiyyətini etiraf edib və qüvvələrin şəhəri tərk etdiyini bildirib.

ABNA24 Xəbər Verir, Yəmənin istefa vermiş hökumətinin 5-ci hərbi dairəsinin mətbuat katibi Raşid Məbxut Məruf bildirib ki, təcavüzkar koalisiya qüvvələri və onların müttəfiqləri Yəmənin şimal-qərbindəki "Həccə" vilayətinin Hərz şəhərini tərk ediblər.

O, bu məğlubiyyəti onunla əsaslandırıb ki, geri çəkilmək beynəlxalq təzyiq altında olub.

"Səhafə Əl-Cədidə"nin məlumatlna görə, bu elə bir haldadır ki, müşahidəçilər səudi koalisiyası qüvvələri və müttəfiqlərinin bölgədə çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisinə məruz qaldığını bildirirlər. 

Son məlumat göstərir ki, Səna qüvvələri son saatlarda yaxşı irəliləyişlər əldə ediblər və 2018-ci ilin iyun ayından təcavüzkar koalisiya qüvvələrinin nəzarətində olan bir çox bölgəyə nəzarəti bərpa edə biliblər

"Hərz" şəhəri Yəmənin ən mühüm şəhərlərindən biridir, çünki bu onu Səudiyyə Ərəbistanı ilə birləşdirən həyati və mühüm keçidi var.

342/