Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

7 fevral 2022

10:36:33
1226899

Sionist rejimin Afrika Birliyində müşahidəçi üzvlüyü rəsmən dayandırılıb

Afrika İttifaqı dünənki sammitində sionist rejimə birliyin müşahidəçi üzvü statusunun verilməsi qərarından rəsmən imtina etdiyini bildirib.

ABNA24 Xəbər Verir, "Əl-Cəzair" xəbər agentliyinin məlumatına görə, Afrika İttifaqı başçıları sionist rejimə müşahidəçi üzv statusunun verilməsi  qərarını dayandırıblar və məsələni araşdırmaq və yekun nəticəni Afrika Birliyinə təqdim etmək üçün Əlcəzair də daxil olmaqla yeddi Afrika dövlət başçısından ibarət bir komitə yaradılıb. 

Ötən ay sionist rejimin Xarici İşlər Nazirliyi Efiopiyadakı səfirinin Afrika Birliyinin müşahidəçi üzvü kimi etimadnaməsini təqdim etdiyini açıqlamışdı. Sionist rejimin bu iddiasından sonra ərəb mediası Afrika Birliyinin yeddi üzv dövlətin Təl-Əvivə müşahidəçi statusunun verilməsi qərarına etiraz etdiyini bildirib.

Fələstin Özünü İdarəetmə Təşkilatının baş naziri Məhəmməd Əştiyyə də verdiyi açıqlamada rəsmi Ramallahın sionist rejimin Afrika İttifaqına müşahidəçi üzv kimi qəbul edilməsinə qarşı olduğunu bildirib

342/