Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

30 yanvar 2022

10:58:29
1224118

Yəməndə daha bir Amerika pilotsuz təyyarəsi vuruldu

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Mərib vilayəti səmasında ABŞ istehsalı olan pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ənsarullah hərəkatına bağlı Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sari bu gün (bazar günü) Yəmən ordusunun və xalq komitələrinin hava hücumundan müdafiə sistemləri Məribdə ABŞ istehsalı olan Scan Eagle pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Onun sözlərinə görə, pilotsuz təyyarə Yəmən qüvvələri tərəfindən vurulan zaman Mərib əyalətinin Əl-Cuba bölgəsinin səmasında hərbi kəşfiyyat əməliyyatı həyata keçirirdi.

Yəhya Sarı pilotsuz təyyarənin uyğun silahla vurularaq darmadağın edildiyini bildirib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!