Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
bazar

30 yanvar 2022

09:56:58
1224051

Yəmən ordusunun Səudiyyə Ərəbistanının sərhəd bölgələrində yeni nailiyyəti

"Əl-Elam Əl-Hərbi" informasiya qrupu Yəmən ordusunun Əl-Əcaşir səhrasında 163 kvadrat kilometr ərazinin azad edilməsi ilə nəticələnən döyüş meydanındakı uğurları haqqında məlumat yayıb.

ABNA24 Xəbər Verir,"Əl-Elam Əl-Hərbi" informasiya qrupu bu gün Yəmən ordusu və xalq komitələri qüvvələrinin Nəcranla həmsərhəd Əl-Əcaşir səhrasında həyata keçirdikləri genişmiqyaslı əməliyyatın görüntülərini yayıb. Əməliyyat zamanı 163 kvadrat kilometr ərazi azad edilib.

Məlumata əsasən, bu əməliyyatda Yəmən ordusu mühüm mərkəzlərə, o cümlədən "Təyyibə" strateji düşərgəsi, "Əl-Rəbə və "Əl-Qədhamil" təpələrini "Qara-Qumlar" bölgəsini və "Əl-Əmhur" dağ silsiləsi ərazisini azad etməyə müvəffəq olub.

Yəmən ordusu və xalq komitələri qüvvələri həmçinin bu əməliyyatda çoxlu sayda silah-sursat, zirehli texnika ələ keçiriblər.

342/