Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi SKY nyusa istinadla
cümə

28 yanvar 2022

10:03:07
1223373

Qərb Xəbərləri -İrlandiya

Qondarma “İŞİD” üzvü olan irlandiyalı hərbiçi qadının məhkəməsi - Foto

O, 2011-ci ildə İslamı qəbul etdikdən sonra İrlandiya ordusunu tərk edib və daha sonra Suriyada İŞİD-in nəzarətində olan ərazilərə gedib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 24 Yanvar 2022 tarixdə, qondarma “İŞİD” adlı terror qruplaşmasına üzv olmaqda ittiham olunan keçmiş İrlandiyalı əsgərin məhkəməsi keçirilib.

Co Louth əyalətinin Dundalk şəhərindən olan 39 yaşlı müttəhimə Lisa Smith qondarma “İraq və Şam İslam Dövləti” adlı terror qrupunun üzvü olmaq və terrorizmi maliyyələşdirmək ittihamlarını boynuna almayıb.

O, 2011-ci ildə İslamı qəbul etdikdən sonra İrlandiya ordusunu tərk edib və daha sonra Suriyada İŞİD-in nəzarətində olan ərazilərə gedib.

Prokurorluğun iddiasına görə, orada, əvvəlki evliliyi başa çatdıqdan sonra o, İngiltərə vətəndaşı Sacid Aslamla evlənib və “İŞİD” üçün "sərhəd patrulu"nu öhdəsinə götürüb.

Liza Smitin 2019-cu ilin dekabrında İslam Dövləti ərazisinin dağılmasından sonra İrlandiyaya qayıtmazdan əvvəl 2017-ci ilin iyununda bir qızı var idi.

O, Dublin hava limanında həbs edilib və terror cinayətlərində ittiham olunub.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!