Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

24 yanvar 2022

15:41:43
1222068

Qərbi Asiya Xəbərləri

Türkün Haydan başqa dosyu yoxdur silsiləsindən, Türkiyə ilə Ermənistanın yaxınlaşması – Şərh

Türkiyə ilə İlham Əliyevin Hay-erməni qardaşlığı bitmək bilmir ki bilmir! Sən demə İlham Əliyevin apardığı 44 günlük Qarabağ Müharibəsinin əsas səbəbi “qardaş Ermənistanı” blokadadan qurtarmaq imiş...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, xoruzun quyruğu elə əvvəldən görsənirdi. Lakin get-gedə isə daha lap çox görsənməyə başlayıb. Türkiyə ilə İlham Əliyevin Hay-erməni qardaşlığı bitmək bilmir ki bilmir! Sən demə İlham Əliyevin apardığı 44 günlük Qarabağ Müharibəsinin əsas səbəbi “qardaş Ermənistanı” blokadadan qurtarmaq imiş... Türkiyə və Azərbaycan dövlətləri ermənilər ilə qardaşlıq prinsiblərində nə qədər sadiq olduqlarını gecə-gündüz siyasi arenada isbatlamaqları ilə yanaşı ölkə daxilində həm dəaxili həm də xaricə ötürülən bütün dövlət medialarına və dövlətə bağlı sözdə özəl medialara əmr verilib ki, bu məsələni gündəmdə saxlamalıdırlar. Belə ki, oxu saytı ötən məqaləsində ermənilər ilə qardaşlığın gözəlliyi barəsində belə yazr: “13 il sonra Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələrin Moskvada görüşü müsbət hal olsa da, bu, sərhədlərin açılması və iki ölkə arasında diplomatik əlaqələrin inkişafı üçün kifayət etmir.

Prezident Ərdoğan oktyabr ayında işğaldan azad edilən Füzuliyə səfəri zamanı bildirmişdi ki, Ermənistan Azərbaycanla münasibətlərdə səmimi iradə nümayiş etdirərsə, normallaşmaya heç bir maneə olmayacaq. Ermənistan bəzi məsələlərin həllində, xüsusilə Zəngəzur dəhlizi, sərhədlərin dəqiqləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və regional normallaşmanı təmin edəcək məsələlərdə müsbət addımlar atmır.

İlham Əliyev isə “Anadolu” agentliyinə müsahibəsində Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının əleyhinə olmadığını bildirib və əlavə edib: “Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Ermənistan bundan imtina etməlidir. Onlar öz konstitusiyalarını yenidən yazmalı, Azərbaycana qarşı iddialarından əl çəkməlidirlər”. “

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!