Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
şənbə

22 yanvar 2022

09:11:33
1221192

Misir məscidlərinin xəritələri rəqəmsallaşır

Misir Vəqflər Nazirliyi rəqəmsal transformasiya planını həyata keçirmək üçün 100.000-dən çox məscidin ilk rəqəmsal xəritəsini hazırlayır.

ABNA24 Xəbər Verir, "Sovtul-Ümmət"-ə istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi və Misir Xəritəçəkmə Təşkilatı məscidlərin koordinatlarının rəqəmsal xəritəçəkmə sisteminə daxil edilməsini nəzərdə tutan birgə memorandum imzalayıb.

Misirin Vəqflər naziri Məhəmməd Muxtar Cümə bildirib ki, Vəqflər Nazirliyi Misir Xəritəçəkmə İdarəsi ilə davamlı əlaqələrə malikdir. O, bildirib ki, Misir məscidlərinin hər biri bu rəqəmsal xəritədə ayrıca yüklənəcək.

O əlavə edib ki, bu tədbir insanların bu məscidləri tapmasını asanlaşdıracaq. Belə ki, bu rəqəmsal xəritədə məscid axtararkən onun bütün xüsusiyyətlərini görmək olacaq.

Bu layihədə Misirin bütün əyalətlərində 100.000-dən çox məscid haqqında məlumat sənədləşdiriləcək.

342/