Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

18 yanvar 2022

12:06:41
1220196

Afrika Xəbərləri - Sudan

Sudanda xalq etirazlarında 7 nəfər həlak olub

Sudan Həkimlər Komitəsi əlavə edib ki, 2021-ci il oktyabrın 25-də baş vermiş hərbi çevrilişdən sonra Sudanda ölənlərin sayı 71-ə çatıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Sudan Həkimlər Komitəsi bazar ertəsi Sudan xalqının ölkədə hərbi idarəçiliyə qarşı keçirdiyi dinc etirazlar zamanı 7 nəfər həlak olduğunu bildirib.

Sudan Həkimlər Komitəsi əlavə edib ki, 2021-ci il oktyabrın 25-də baş vermiş hərbi çevrilişdən sonra Sudanda ölənlərin sayı 71-ə çatıb.

Xatırladaq ki, Hərbçilər hakimiyyəti mülki şəxslərə təhvil verəcəyini vəd etsə də, ölkədə hərbi idarəçiliyin əleyhdarları ordunun istefaya getməsinə, Sudanda qanuni və “tam mülki idarəçilik” hökumətin yaranmasına çağırır.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!