Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

18 yanvar 2022

10:51:36
1220154

Qərbi Asiya Xəbərləri – BƏƏ

Husilər təcavüzkar BƏƏ rejiminin paytaxtı Əbu-Dabi və Dubaya balistik raketlə hücum etdi - VİDEO

Yəmən Silahlı Qüvvələrinin sözçüsü “Yəmən Fırtınası” əməliyyatı adı altında Dubay və Əbu-Dabi hava limanlarını, Əbu-Dabi Əl-Məsfa neft emalı zavodunu və BƏƏ-nin bir sıra digər mühüm mövqe və obyektlərinin hədəfə alındığını bildirərək deyib: “Əl Musaffa neftayırma zavodu və Əbu-Dabi hava limanına dörd “Qüds-2” qanadlı raketi atılıb. Dubay aeroportu isə Zülfiqar ballistik raketi ilə vurulub.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ötən gün Yəmən Silahlı Qüvvələrinin spikeri briqada generalı cənab Yəhya Səri`i mediaya verdiyi açıqlamasında bildirib: “ABŞ, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin hücumlarının artmasına cavab olaraq biz Allahın köməyi ilə BƏƏ-nin dərinliklərində uğurlu hərbi əməliyyat keçirdik.

Yəhya Səri`i “Səudiyyə-BƏƏ” koalisiyasının təcavüzkar ölkələrinə bir daha xəbərdarlıq edərək, bu ölkələrin daha ağrılı zərbələr alacağını bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü “Yəmən Fırtınası” əməliyyatı adı altında Dubay və Əbu-Dabi hava limanlarını, Əbu-Dabi Əl-Məsfa neft emalı zavodunu və BƏƏ-nin bir sıra digər mühüm mövqe və obyektlərinin hədəfə alındığını bildirərək deyib: “Əl Musaffa neftayırma zavodu və Əbu-Dabi hava limanına dörd “Qüds-2” qanadlı raketi atılıb. Dubay aeroportu isə Zülfiqar ballistik raketi ilə vurulub.”

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi polisi bildirib: “Yanğın Əmirliyin ADNOC dövlət şirkətinin yanacaq anbarlarının yaxınlığındakı Əl-Misfah bölgəsində üç çəndə partlayışa səbəb olub”, - deyə məlumatda bildirilir.

“Al Mayadeen” telekanalının öz mənbələrinə istinadən məlumatına görə, Yəmən BƏƏ ərazisinə 20 pilotsuz uçuş aparatı və 10 ballistik raketlə hücum həyata keçirdib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!