Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

17 yanvar 2022

15:32:09
1219967

Analiz

Xarici mediaların cənab Rəisi ilə Putin arasında baş tutacaq görüşü barəsindəki yarımçıq TƏHLİLİ

Sonda qeyd etməliyik ki, təlatümlü dünyada şeytani qüvvələrlə üz-üzə dayanan İran İslam Respublikasının arxasında məhz Allah Təala və Onun aləmlərə Höccət qərar verdiyi Xəlifəsi, Sahibə Zaman həzrətləri dayanır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, cari həftə ərzində İran İslam Respublikasının möhtərəm prezidenti cənab Seyyid İbrahim Rəisi ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə Moskvada görüşü baş tutacaq. Bu görüş çərçivəsində hansı məsələlər ilə bağlı danışıqların aparılacağı və ümumiyyətlə bu görüşün İran İslam Respublikası üçün nə kimi töhfələr gətirəcəyi xarici medialarda da müzakirə obyekti olub.

Bəzi təhlilçilərin nəzərinə görə, Putin-Rəisi görüşündə İranın nüvə proqramına dair müzakirələrin gedişatı, gəlinə biləcək nəticələr müzakirə predmetinə çevriləcək.

Bildiyimiz kimi, altılıq ölkələrinin (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin+Almaniya) beşi nüvə dövlətidir, onlardan heç biri İranın nüvə proqramının genişlənməsini istəmir. Bu səbədən də onların İran İslam Respubliasına qarşı sürdükləri şərt bunlardır: İran nüvə proqramlarını məhdudlaşdırsın (yəni dayandırsın) və beynəlxalq müşahidəçilərin (yəni imperialist qüvvələrinin casuslarının) nüvə təsisatlarına girişinə əngəl yaratmasın.

İran İslam Respublikasının şərti isə, Atom Enerjisi üzrə Beynəlxalq agentlik MAGATE-nin nüvə enerjisindən istifadə etmək hüquqları çərçivəsində irəli aparılması və sanksiyaların tam olaraq aradan qaldırılmasıdır...

Rusiyanın özünün İranla isti münasibətləri olsa da, lakin Tehranın nüvə proqramının daima nəzarət altında saxlanılması qənaətindədir.

İsrail danışıqların tərəfi olmasa da, İrana qarşı cəbhənin güclənməsində israrlıdır və resurslarını bu istiqamətdə xərcləyir.

Təsadüfi deyil ki, Rəisinin Rusiya səfərindən öncə İsrailin baş naziri Naftali Bennet Vladimir Putinlə telefon danışığı apardı.

Rusiya son illər İsrailin təkliflərinə jestlə cavab verən siyasi xətt yürütdüyündən onun üçün İsrail maraqları daha ön plandadır.

Düzdür, Suriya böhranında Rusiya ilə İsrail əks mövqeləri ifadə etsələr də, onlar münaqişə zamanı bir-birinin boğazına ip salmağa çalışmadı, əksinə tərəflərdən birinin addımına digəri göz yumdu.

Rusiyanın Suriya səmasına nəzarəti və İsrail üçün güzəştli hərbi xidməti İsraili də Moskvanın yanında olmaq üçün diqqətli davranmağa məcbur edir.

Moskva özünü bir növ İranla İsrail arasında əsas “vasitəçi” kimi yerləşdirir, hər iki tərəfin xoşuna gəlmək üçün tarazlıq saxlamağa cəhd edir...

Beləliklə bir çox xarici medialar cənab Rəisi ilə Putin arasında baş tutacaq görüşüşn səmərəsizliyi barəsində var gücləri ilə təbliğat “şeypurlarına” püləsələr də İranın hansı paketlə Rusiyaya səfər edəcəyini hələ ki, heç kəs bilmir.

Sonda qeyd etməliyik ki, təlatümlü dünyada şeytani qüvvələrlə üz-üzə dayanan İran İslam Respublikasının arxasında məhz Allah Təala və Onun aləmlərə Höccət qərar verdiyi Xəlifəsi, Sahibə Zaman həzrətləri dayanır.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!