Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

16 yanvar 2022

14:44:08
1219483

Afrika Xəbərləri – Nigeriya

Şeyx Zəkzəki və xanımını əlil vəziyyətinə salan Nigeriya dövləti müalicə üçün xaricə getməklərinə icazə vermir

Şeyx Zəkzəki: “Həyat yoldaşım 2016-cı ildən bəri 5 ildir ki, təhlükəsizlik qüvvələrinin vəhşicəsinə döymələri və aldığı güllə yaraları səbəbindən əlil arabasındadır; Hətta ibadətlərini oturaq halda yerinə yetirir və dövlət məmurları yaxşı bilirlər ki, onun dizini tez bir zamanda müalicə etmək lazımdır.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Şeyx Zəkzəki və həyat yoldaşı 6 illik həbsdən sonra hazırda ev dustağıdır. Azadlığa çıxandan qısa müddət sonra Afrika mediasına verdiyi müsahibədə o, deyib: “Mən azadlığa çıxandan sonra həyat yoldaşımla müalicə üçün xaricə getməyə hazırlaşırdıq, lakin hökumətin təxribatı ilə buna hələ nail olunmayıb”.

Şeyx Zəkzəki əlavə edib: “Həyat yoldaşım və mənim bədənimizdə hələ də çoxlu güllə və qəlpə var. Mütəxəssis həkimlər Nigeriyada bu problemin həll edilə bilməyəcəyini bəyan ediblər. Lakin xaricdəki ekspertlər əmin ediblər ki, bu problemi həll etmək olar. Həyat yoldaşım 2016-cı ildən bəri 5 ildir ki, təhlükəsizlik qüvvələrinin vəhşicəsinə döymələri və aldığı güllə yaraları səbəbindən əlil arabasındadır; Hətta ibadətlərini oturaq halda yerinə yetirir və dövlət məmurları yaxşı bilirlər ki, onun dizini tez bir zamanda müalicə etmək lazımdır.”

O, sözlərinə belə davam edib: “Mənim bədənimdə çoxlu qəlpə və güllə qalıqları var ki, mütəxəssislərin fikrincə, onun tərkib hissələri toksinlər əmələ gətirir və nigeriyalı həkimlər bu problemi həll etməyə və zaman keçdikcə yerdən hərəkət edən qəlpələri çıxartmaya qadir deyillər. Biz xaricə getməliyik, təəssüf ki, hökumət indiyə qədər ölkəni tərk etməyimizə icazə verməyib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!