Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

15 yanvar 2022

13:47:15
1219087

Afrika Xəbərləri - Keniya

Mərhum Abdullahi Nasirin dəfn mərasimində Tanzaniya Şiə Dərnəyinin prezidentinin iştirak edib – Foto Reportaj

Qeyd etmək yerinə düşər ki, Keniyadan olan görkəmli Şiə alimi mərhum “Şeyx Abdullahi Cümə Nasir” Şiəliyin bu ölkədə və Afrikanın digər yerlərində yayılmasında mühüm rol oynamışdır.O, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının ümumi toplantısının üzvü olub və 90 yaşında dünyasını dəyişib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Tanzaniya Şiə Dərnəyinin prezidenti və İmam Cəfər Sadiq (əleyhi səlam) Seminariyasının direktoru Mövlana Şeyx Həmid Cəlal Keniya Şiə alimi Şeyx Abdullahi Nasir Cümənin dəfn mərasimində iştirak etmək üçün Dar əs-Salamdan bir heyətlə birlikdə Mombasaya səfər edib.

Şeyx Cəlal və onu müşayiət edənləri bu səfərdə Seyid İdris Ələvi və mərhum Abdullah Nasirin böyük oğlu qarşılayıblar.

Şeyx Cəlal da bu Şiə alimin məzarında Fatihə oxuyub və hüzur mərasimindən sonra çıxış edib.

Qeyd etmək yerinə düşər ki, Keniyadan olan görkəmli Şiə alimi mərhum “Şeyx Abdullahi Cümə Nasir” Şiəliyin bu ölkədə və Afrikanın digər yerlərində yayılmasında mühüm rol oynamışdır.O, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının ümumi toplantısının üzvü olub və 90 yaşında dünyasını dəyişib.

Mərhum Şeyx Abdullahi Cümə Nasirin cənazəsi Əl-Həssaneyn Məscidindən Mombasadakı Gancuni qəbiristanlığına aparılıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!