Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

12 yanvar 2022

19:34:58
1218344

Qərbi Asiya Xəbərləri – Yəmən

Yəmənin cənubunda BƏƏ muzdluları və qondarma İŞİD ünsürləri darmadağın edildi

Generalı Yəhya Sari: "Allaha şükürlər olsun ki, qüvvələrimiz son günlər Şəbva vilayətində muzdlular və İŞİD ünsürlərinə ağır itkilər verib və bununla da itkilərin sayı 515-dən çox olub. Bir neçə komandir öldürülənlərin arasında da görünür. Onlardan 850 nəfəri yaralanıb, kəşfiyyat mənbələrinin məlumatına görə, onlardan 200-dən çoxu itkin düşüb.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sari bu gün günorta (çərşənbə günü) Birləşmiş Ərəb Əmirliyin muzdlularının Şəbva vilayətində (Yəmənin cənubunda) ağır itkilər verdiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü öz Tvitter hesabında yazıb: "Allaha şükürlər olsun ki, qüvvələrimiz son günlər Şəbva vilayətində muzdlular və İŞİD ünsürlərinə ağır itkilər verib və bununla da itkilərin sayı 515-dən çox olub. Bir neçə komandir öldürülənlərin arasında da görünür. Onlardan 850 nəfəri yaralanıb, kəşfiyyat mənbələrinin məlumatına görə, onlardan 200-dən çoxu itkin düşüb.”

“Eyni zamanda, muzdluların maşınlara və zirehli texnikaya dəyən maddi ziyan 102-yə çatıb, bir sıra iri və qabaqcıl artilleriya qurğuları məhv edilib”, - deyə generalı Yəhya Sari bildirib.

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin bildirib ki, BƏƏ-nin muzdluları və İŞİD-in Şəbva əyalətindəki dayaq məntəqələrinə onlarla raket atılıb, nəticədə onlarla terrorçu gəbərdilib, çoxlu sayda terrorçu ünsürlər yaralanıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!