Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

12 yanvar 2022

19:24:45
1218342

Qərbi Asiya Xəbərləri – Türkiyə

İŞİD-i bəsləyərək onlara yer verən Türkiyə indi İŞİD-ə qarşı əməliyyat aparır – Foto Reportaj

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, dünyanın dörd bir tərəfindən vəhhabiləri gətizdirərək Suriyaya idxal etdirən və Türkiyədə onlar üçün hər bir şərait düzəldən Türkiyə hakimiyyəti artıq özü vəhhabi İŞİD terrorçularını Ərdoğan hakimiyyətinə qurban vermək qərarına gəlib. Belə ki, Türkiyənin terrorla mübarizə qüvvələri müxtəlif şəhərlərdə İŞİD terror qruplaşması ilə əlaqəsi olan onlarla şübhəlini həbs edib. “Pəncə 2” adı ilə tanınan əməliyyat ötən gecə Mersin, Adana, Şanlı Urfa, Bursa, Konya və Qazi Aintabda 2200 əsgər və 7 helikopterin iştirakı ilə həyata keçirilib və onlarla İŞİD şübhəlisi həbs edilib. Türkiyə mediasının məlumatına görə, saxlanılanların gizləndiyi yerlərdən külli miqdarda dollar və təşkilati sənədlər ələ keçirilib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!