Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

11 yanvar 2022

20:08:56
1218032

Qərbi Asiya Xəbərləri – Yəmən

Yəmən Şəbva əyaləti üzərində BƏƏ-nin casus pilotsuz təyyarəsini darmadağın etdi

Yəhya Sari qeyd edib ki, BƏƏ-yə məxsus casus pilotsuz təyyarə Yəməndə hazırlanmış yer-hava raketi ilə hədəfə alınıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin rəsmi sözçüsü Yəhya Sari verdiyi açıqlamada bildirib: “Allaha şükürlər olsun ki, bizim hava hücumundan müdafiə qüvvələrimiz Şəbva əyalətinin eyni bölgəsinin hava məkanında döyüş əməliyyatları apararkən Çin istehsalı olan “Winglong 2” silahlı kəşfiyyat təyyarəsini vura bildi.”

Yəhya Sari qeyd edib ki, BƏƏ-yə məxsus casus pilotsuz təyyarə Yəməndə hazırlanmış yer-hava raketi ilə hədəfə alınıb.

Qeyd edək ki, keçən həftə də Yəmənin hava hücumundan müdafiəsi Şəbva əyalətinin Asilan bölgəsinin hava məkanında BƏƏ-nin casus pilotsuz uçan aparatına raket zərbəsi endirərək darmadağın etmişdir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!