Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

6 yanvar 2022

16:02:47
1216283

Qərbi Asiya Xəbərləri - İraq

İraqda işğalçı ABŞ-ın daha bir hərbi karvanı hədəfə alınıb

İnsident və onun mümkün zərərləri ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb, lakin bu, son 24 saat ərzində hücuma məruz qalan dördüncü konvoydur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, işğalçı ABŞ koalisiyasının daha bir hərbi karvanının Bağdadın cənubundakı Babil vilayətində hədəf alınıb.

İraq mənbələrinin bildirdiyinə görə, son günlər ABŞ konvoylarına, eləcə də İraq və Suriyadakı hərbi bazalara hücumlar intensivləşib.

ABŞ koalisiyasının daha bir dəstək və təchizat karvanı cümə axşamı İraqın cənubundakı Babil əyalətində hədəfə alınıb.

İnsident və onun mümkün zərərləri ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb, lakin bu, son 24 saat ərzində hücuma məruz qalan dördüncü konvoydur.

İraq mediası çərşənbə günü axşam saatlarında ABŞ-ın iki hərbi logistika karvanının İraqın mərkəzi və cənubunda hücuma məruz qaldığını bildirib.

Ötən gecə Muthanna əyalətinin paytaxtı əs-Səmavada ABŞ hərbi dəstək karvanı hədəfə alınıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!