Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə axşamı

6 yanvar 2022

09:40:57
1216128

Səud koalisiyasının qırıcıları 74 dəfə Yəməni bombalayıblar

İnformasiya mənbələri bildiriblər ki, səud koalisiyasının qırıcıları ötən saatlar ərzində yetmiş dörd dəfə Yəməni bombalayıblar.

ABNA24 Xəbər Verir, Səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri ötən sutka ərzində Şəbva əyalətində yerləşən Usəylan və Bəyhan rayonlarını qırx altı dəfə bombalayıblar.

Səud koalisiyasının qırıcıları həmçinin 27 dəfə Mərib əyalətində yerləşən Əlvadi, Əlcubəh və Sirvah rayonlarını, bir dəfə də Nəcran rayonunu hədəfə alıblar.

Yəmənli hərbi mənbələr də xəbər veriblər ki, səud koalisiyasının tabeliyində olan qüvvələr ötən sutka ərzində Əlhudəydə əyalətində,/ iddia edilən atəşkəsi 148 dəfə pozublar.

Digər tərəfdən, səud koalisiyası iddia edib ki. Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Ərəbistan ərazisinə qarşı PUA hücumunu dəf edə bilibdir.

342/