Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

30 dekabr 2021

12:24:47
1213765

Qərbi Asiya Xəbərləri – Yəmən

“Səhra şəfəqi” əməliyyatında Yəmənin 1200 km ərazisi azad edilib

Açıqlamada deyilir: “Raket və pilotsuz təyyarə qüvvələri, ölkə daxilində və xaricində düşmən hərbi hədəflərinə qarşı müxtəlif əməliyyatlarla birlikdə Əlitmə bölgəsinin azad edilməsində iştirak edib, bu müddət ərzində Amerikanın “Qartal skan” tipli kəşfiyyatçı pilotsuz təyyarəsini vurublar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari bildirib: “Yəmən qüvvələri “Səhranın şəfəqi” əməliyyatı zamanı və Cəbhə Xətti əməliyyatının ilk saatlarında Əl-Cəvf vilayətində, xüsusən də Əlitmə bölgəsində düşmənə bir neçə istiqamətdən hücum edib, ön xətti yardılar və düşməni çaşdırdıraraq, hesablamalarını pozdular.”

“Bu əməliyyatda düşmən qüvvəsi bizim irəliləyişimizin qarşısını almaq üçün 60-dan çox hücum həyata keçirtdi, lakin Yəmən qüvvələri Yəmən ərazisinin təxminən 1200 kilometrini azad edə bildilər”, - deyə Yəhya Sari bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsünün sözlərinə görə, hücumlar zamanı 35 muzdlu öldürülüb, 37-si yaralanıb, 45-i əsir götürülüb. Yəmən qüvvələri həmçinin 15 zirehli və döyüş maşınının sıradan çıxarılmasına və çoxlu miqdarda yüngül və yarı ağır silahların ələ keçirilməsinə nail olub.

Açıqlamada deyilir: “Raket və pilotsuz təyyarə qüvvələri, ölkə daxilində və xaricində düşmən hərbi hədəflərinə qarşı müxtəlif əməliyyatlarla birlikdə Əlitmə bölgəsinin azad edilməsində iştirak edib, bu müddət ərzində Amerikanın “Qartal skan” tipli kəşfiyyatçı pilotsuz təyyarəsini vurublar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!