Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

30 dekabr 2021

10:42:17
1213685

Qərbi Asiya Xəbərləri – Türkiyə

Nə tökərsən aşına o çıxar qaşığına! Türkiyə polisi ilə İŞİD tərəfdarları arasında toqquşma – Video

Suriyada daxili müharibəni alovlandırmaq və təbii resursların qarət etmək məqsədi ilə “İŞİD”, “Nüsrə Cəbhəsi”, “Azad Suriya Ordusu”, “Livau Şam” və s vəhhabi terror ünsürlərinin dünyanın dörd bir tərəfindən Türkiyəyə gətizdirən və oradan da Suriyaya transfer edən Ərdaoğan rejim təhlükəsizlik qüvvələri bu gün öz qazdıqları quyuya düşüblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Suriyada daxili müharibəni alovlandırmaq və təbii resursların qarət etmək məqsədi ilə “İŞİD”, “Nüsrə Cəbhəsi”, “Azad Suriya Ordusu”, “Livau Şam” və s vəhhabi terror ünsürlərinin dünyanın dörd bir tərəfindən Türkiyəyə gətizdirən və oradan da Suriyaya transfer edən Ərdaoğan rejim təhlükəsizlik qüvvələri bu gün öz qazdıqları quyuya düşüblər. Belə ki, ötən günlərdə Türkiyə təhlükəsizlik qüvvələri kitab mağazasının ələ keçirilməsinin qarşısını almaq üçün polislə toqquşmuş 16 İŞİD tərəfdarını həbs ediblər.

Toqquşmalar 28 Dekabr gecə Türkiyənin cənub-şərqində yerləşən Bingöl şəhərində baş verib və İŞİD tərəfdarları təhlükəsizlik qüvvələrinə daş və dəyənəklərlə hücum ediblər.

Bingöl valiliyi açıqlamasında bildirib ki, polis İŞİD-in fəaliyyətlərini dəstəkləmək və təbliğ etmək məqsədi ilə lisenziyası olmayan dini kitab mağazasının bağlanmasına göstəriş verib, lakin bir neçə şübhəli şəxs iki asayiş keşikçisini yaralamaq və ictimai əmlakı məhv etmək ittihamı ilə həbs edilib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!