Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

29 dekabr 2021

10:49:00
1213494

Qərbi Asiya Xəbərləri

Qəndəharda Məscidə ibadət edən Şiələrə soyuq silahla hücum edillib – Foto

Xatırladaq ki, iki ay əvvəl qondarma “İŞİD” adlı terror qruplaşmasına aid bir neçə kamikadze Qəndəhar Şiə Məscidinin girişində özlərini partladıb, azı 40 nəfər həlak olub, onlarla insan yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qəndəharda şiə məscidində ibadət edənlərə soyuq silahla hücum edən şəxs azı 4 nəfərin yaralanmasına səbəb olub.

Yerli mənbələrin məlumatına görə, hücum edən şəxs Məscidin imamını, daha sonra isə daha üç nəfəri bıçaqlayıb.

Yaralılar Qəndəhardakı Mirvais xəstəxanasına aparılıb. Taliban qüvvələrinin hücumçunu həbs etdiyi bildirilir.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Xatırladaq ki, iki ay əvvəl qondarma “İŞİD” adlı terror qruplaşmasına aid bir neçə kamikadze Qəndəhar Şiə Məscidinin girişində özlərini partladıb, azı 40 nəfər həlak olub, onlarla insan yaralanıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!