Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
bazar ertəsi

27 dekabr 2021

13:50:08
1212984

Yəhya Səri: "Əl-Couf vilayəti tam azad edilib"

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, bu ölkənin Əl-Couf vilayətinin işğaldan tamamilə azad edildiyini bildirərək, deyib: "Yəmən Silahlı Qüvvələri düşmənlə qarşıdurmanın yeni mərhələsinə keçməyə çalışır".

ABNA24 Xəbər Verir, Əl-Məsirə" telekanalının məlumatına görə, Yəhya Səri bazar günü keçirdiyi mətbuat konfransında deyib: "Silahlı qüvvələrimiz Əl-Couf vilayətinin "Eliteme" bölgəsini və ətraf əraziləri nəzarətə götürə biliblər və "Səhra Şəfəqi" adlı genişmiqyaslı hərbi əməliyyatda yəmənin düşmənləri, onların muzdlularını, satqınları və kuklaları geri oturtmağa müvəffəq olublar".  

Səri əlavə edib: "Əməliyyat zamanı təqribən 1200 kvadrat kilometr sahəsi olan "Eliteme" bölgəsi və onun ətraf əraziləri tam şəkildə azad edilib, düşmənin canlı qüvvəsinə ağır zərbələr endirilib, çoxlu sayda silah-sursat qənimət olaraq, ələ keçirilib. həmçinin bəzi səhra əraziləri istisna olmaqla, Əl-Couf vilayəti azad edilib". 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu ölkənin silahlı qüvvələrinin düşmənlə qarşıdurmanın yeni mərhələsinə keçmək niyyətində olduğunu bəyan edərək, yəmənliləri azadlıq və müstəqillik uğrundakı mübarizədə aktiv şəkildə iştirak etməyə çağırıb.

342/