Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

26 dekabr 2021

18:31:50
1212729

Hindistan Yarımqitəsi Xəbərləri

Pakistan hakimiyyəti növbəti Şiə din xadimni oğurladı

Yerli mənbələrin verdiyi məlumatlara görə, cənab Höccətül-islam vəl-müslimin Heydər Əli Had heç bir cinayəti olmadan oğurlanıb. Ailəsi narahatdır və məlumatı olan hər kəsdən bunu onlarla bölüşməsini xahiş edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Şiələrin Pakistanın dövlət qurumları tərəfindən oğurlanması və yoxa çıxması davam edir. Belə ki, növbəti Şiə din xadimi Höccətül-İslam vəl-Müslimin “Heydər Əli Hadi” Lahor şəhərində qaçırılaraq naməlum yerə köçürülüb.

Yerli mənbələrin verdiyi məlumatlara görə, cənab Höccətül-islam vəl-müslimin Heydər Əli Had heç bir cinayəti olmadan oğurlanıb. Ailəsi narahatdır və məlumatı olan hər kəsdən bunu onlarla bölüşməsini xahiş edib.

Qeyd edək ki, Pakistanda hökumətdə də nüfuzu olan anti-Şiə cərəyanları Şiələrin oğurlanmasının idarə edilməsində məsuliyyət daşıyan vəhhabi ünsürlərini dəstəkləyirlər. Son illərdə Pakistanın hər region, şəhər və kəndlərindən xeyli sayda xanım Fatiməi Zəhraya (səlamullahi əleyha) və İmam Hüseynə (əleyui səlam) əzadarlıq saxlayan günahsız Şiələr oğurlanıb və onların ailələri illər keçməsinə baxmayaraq bu günə kimi onların qayıtmasını gözləyirlər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!