Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

26 dekabr 2021

18:05:55
1212708

Qərbi Asiya Xəbərləri

Yəmən qüvvələri Səudiyyə Ərəbistanının Cizan bölgəsinə cavab raket zərbəsi endirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü vurğulayıb ki, Səudiyyə Ərəbistanı cinayət və təcavüzlərini davam etdirdikcə, yəmənlilər səudiyyəlilərə qarşı “ağrılı hücumlar” həyata keçirəcəklər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən silahlı qüvvələrinin sözçüsü üç ballistik raketlə Səudiyyə Ərəbistanının cənubundakı Cizan bölgəsində "vacib" və "həssas" mövqelərə hücum edildiyini açıqlayıb.

Briqada generalı Yəhya Sarı "dəqiq və yüksək texnologiyalı" olduğunu söylədiyi raketlərin hədəflərini vurduğunu vurğulayıb.

O, bu hücumları Səudiyyə Ərəbistanının cinayətləri və təcavüzü və Yəmənin mühasirəsinə qanuni cavab adlandırıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü vurğulayıb ki, Səudiyyə Ərəbistanı cinayət və təcavüzlərini davam etdirdikcə, yəmənlilər səudiyyəlilərə qarşı “ağrılı hücumlar” həyata keçirəcəklər.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Səudiyyə Ərəbistanının cənubundakı Cazan bölgəsinin Samitə şəhərində iki nəfərin öldürüldüyünü açıqlayıb.

Koalisiya Ənsarullah qüvvələrinin hücumuna cavab olaraq genişmiqyaslı hərbi əməliyyata hazırlaşmaqla hədələyib.

Bildirmək lazımdır ki, Yəmənin Səudiyyə Ərəbistanının cənubuna raket hücumları son aylarda intensivləşib.

Eyni zamanda, xəbərlər Ənsarüllah qüvvələrinin Yəmənin strateji əhəmiyyətə malik Mərb şəhərinə doğru irəlilədiyini göstərir.

Xatırladaq ki, 26 aprel 2015-ci ildə Səudiyyə Ərəbistanı bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın köməyi və yaşıl işığı ilə devrilmiş və qaçaq düşmüş prezident Əbd əl-Mənsur Hadini geri qayıtmaq bəhanəsi ilə ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı genişmiqyaslı hücumlara başlamışdı.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!