Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
cümə axşamı

23 dekabr 2021

20:28:23
1211716

Afrika

Nigeriyada 1 milyon dozadan artıq vaksin məhv edilib

Bu barədə Nigeriyanın Vaksin Proqramı üzrə Milli Mərkəzi məlumat verib. Məlumatda qeyd edilir ki, “AstraZeneca” şirkətinin istehsalı olan vaxtı keçmiş vaksin yandırılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Nigeriyada 1 milyon dozadan çox vaxtı ötmüş Covid-19 əleyhinə vaksin məhv edilib.

Bu barədə Nigeriyanın Vaksin Proqramı üzrə Milli Mərkəzi məlumat verib. Məlumatda qeyd edilir ki, “AstraZeneca” şirkətinin istehsalı olan vaxtı keçmiş vaksin yandırılıb.

Mərkəzin direktoru Faysal Şuayib deyib: “Bu vaksin ölkəyə hədiyyə edilərkən son istifadə tarixinə az qaldığı məlum idi. Lakin böyük dövlətlərin vaksin millətçiliyinə görə Nigeriya vaksin ala bilməyib. Böyük dövlətlər vaksinləri toplayaraq istifadə müddəti başa çatanda bizə təklif ediblər”.

Qeyd edək ki, 220 milyon nəfər əhalisi olan Nigeriyada cəmi 4 milyon nəfər, başqa sözlə əhalinin 3%-i peyvənd olunub. Əhali isə koronavirus xəstəliyini ciddi qəbul etmir. Çünki malyariyadan hər saatda 10 nəfər dünyasını dəyişir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!