Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahar tv
çərşənbə

22 dekabr 2021

12:42:46
1211160

Səud koalisiyası Əlhudəydədə atəşkəsi 126 dəfə pozub

Təcavüzkar səud koalisiyası bir daha Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətində atəşkəsi pozub.

ABNA24 Xəbər Verir, Yəmən ordusu zabitlərinin əməliyyat otağı dünən gecə bildirib ki, səud təcavüzkarları və onların muzdurları ötən sutka ərzində Əlhudəydə vilayətində atəşkəsi 126 dəfə pozublar.

Bu məlumata görə, səud təcavüzkarları və onların muzdurları yüngül və ağır silahlarla Əlhudəydənin müxtəlif rayonlarını hədəfə alıblar.

Səna və Ərriyad heyətləri arasında İsveçdə razılaşdırılmış və 2018-ci il dekabrın 18-i səhər tezdən başlanan Əlhudəydədə atəşkəs hər gün səud koalisiyası tərəfindən pozulur.

342/