Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
çərşənbə axşamı

21 dekabr 2021

12:41:52
1210789

Yəmən qüvvələrinin geniş qələbələri

Yəmən Ali İnqilab Komitəsinin rəisi bu ölkə ordusunun təcavüzkar səud koalisiyasının ünsürlərilə döyüşlərdəki yeni nailiyyət və qələbələrindən xəbər verib.

ABNA24 Xəbər Verir, Məhəmməd Əli Əlhusi deyib ki, Yəmənin müqavimət qüvvələri son həftələr ərzində Marəb şəhərində təcavüzkar səud koalisiyasının tabeliyində olan ünsürlərlə döyüşlərdə mühüm nailiyyətlər əldə ediblər.

Əlhudi bildirib ki, səud başçıları, eləcə də onların müttəfiqləri Yəmənə qarşı təcavüzkar koalisiya çərçivəsində, heç bir vəchlə Yəmənin müqavimət qüvvələri tərəfindən bu kimi nailiyyətlərin reallaşacağını gözləmirdilər.

Ötən günlər ərzində Yəmənin ordusu və xalq komitələri səud koalisiyasının tabeliyində olan qüvvələrin Marəb vilayətinin cənubunda yerləşən sonuncu bazalarına yiyələnməyə müvəffəq olublar.

Son aylar ərzində Yəmənin ordusu və xalq komitələri Marəb vilayətində şimal, cənub və qərb istiqamətlərindən təcavüzkar səud koalisiyası qüvvələrinə qarşı mühasirə halqasını daraldıb və hal-hazırda Marəb şəhərinə doğru irəliləməkdə davam edirlər.

342/