Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

18 dekabr 2021

13:51:24
1209706

Afrika Xəbərləri

Tunislilər yenidən prezidentə etiraz ediblər – Foto

Nümayiş Tunisin keçmiş diktatoru Zinəlabidin Bin Əliyə qarşı xalq üsyanının onuncu ildönümündə keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, minlərlə tunisli cümə günü paytaxtda prezidentə qarşı yenidən nümayiş keçirib. Hakimiyyətin tam ələ keçirilməsi və parlamentin fəaliyyətinin dayandırılması etirazların səbəblərindəndir.

Nümayiş Tunisin keçmiş diktatoru Zinəlabidin Bin Əliyə qarşı xalq üsyanının onuncu ildönümündə keçirilib.

Qeys Səid bazar ertəsi parlamentin fəaliyyətini daha bir il dayandıracağı yol xəritəsini elan etdikdən sonra Tunisdə etirazlar davam edib.

İndiyədək Tunisin bir neçə tanınmış siyasətçisi həbs edilib və yüzlərlə adam səyahət qadağası ilə üzləşib.

Etirazçılar azadlıq və polis idarəçiliyinə son qoymağa çağıran şüarlar səsləndiriblər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!