Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

14 dekabr 2021

18:46:58
1208640

Avropa Xəbərləri

İlham Əliyev işğalçı NATO blokunun baş katibi ilə görüşdə nələri əldə etdi? Las, lus dınqılan ... - ŞƏRH

Təsadüfi deyil ki, İraq, Suriya, Əfqanıstan, Libiya kimi müsəlman torpaqlarında milyonlarla Müsəlmanı və Şiə sivillərini, qadın, körpə və ahılı insanları vəhşicəsinə qətlə yetirən NATO işğalçı blokunun baş katibi bir daha Azərbaycanın NATO işğalçılarının enerji təhlükəsizliyində oynadığı roldan, Azərbaycanın Əfqanıstanda NATO-nun işğalçı fəaliyyətinə dəstək verməsindən danışdı, bunlar təkrar tezislər olsa da, lakin Qarabağın və Zəngəzur dəhlizinin Azərbaycana verilməsi üçün heç də yetərli olmadı.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 14 noyabr 2021 tarixində Brüsseldə işğalçı NATO-nun baş katibi Yens Stoltenberqlə əliyevlər sülalə rejiminin başçısı İlham Əliyevin görüşü keçirildi. Görüşdən sonra mətbuat qarşısına çıxan İlham Əliyev və Yens Stoltenberqin verdiyi mesajlardan duymaq mümkün idi ki, İlham Əliyev həm Qarabağ məsələsində həm də Zəngəzur dəhlizi məsələsində tam iflasa uğrayıb.

NATO işğalçı bloku ilə əliyevlər sülalə rejimi ikitərəfli əsaslarla “münasibətlərin” inkişafına önəm verir.

Təsadüfi deyil ki, İraq, Suriya, Əfqanıstan, Libiya kimi müsəlman torpaqlarında milyonlarla Müsəlmanı və Şiə sivillərini, qadın, körpə və ahılı insanları vəhşicəsinə qətlə yetirən NATO işğalçı blokunun baş katibi bir daha Azərbaycanın NATO işğalçılarının enerji təhlükəsizliyində oynadığı roldan, Azərbaycanın Əfqanıstanda NATO-nun işğalçı fəaliyyətinə dəstək verməsindən danışdı, bunlar təkrar tezislər olsa da, lakin Qarabağın və Zəngəzur dəhlizinin Azərbaycana verilməsi üçün heç də yetərli olmadı.
İlham Əliyev Azərbaycanın işğalçı NATO-ya üzvü olan ölkələrin etibarlı qaz təchizatçısı olması deməsi də, bunu şərtləndirir ki, İlham gələcəkdə NATO işğalçı bloku ilə əməkdaşlığını yeni fazaya daxil etmək əzmindədir.

İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçiriləcək üçtərəfli görüş öncəsi Azərbaycan - Ermənistan münasibətlərindəki açıq qalan məsələlərə vurğu etməsi danışıqların hansı səmtdə gedəcəyinin anonsudur.

Açıq qalan məsələlər:

1. Ermənistan Zəngəzur dəhlizinin açılması ilı bağlı qeyri-müəyyən mövqe sərgiləyir. Belə ki, İlham Əliyevin vurğuladığı kimi, dəhlizin tərkib hissəsi olan avtomobil yolunun açılması üçün dəqiq marşrut müəyyən edilməyib ki, bu da İrəvanın sərgilədiyi mövqedən qaynaqlanır. Bununla belə, üçtərəfli görüşlərdə bu məsələ aktuallıq qazanır.

2. Digər bir məsələ isə İlhamın 10 noyabr 2020 tarixdə imzaladığı alçaldıcı bəyaniyyəni əsas gətirərək Zəngəzur dəhlizi ilə Laçın koridorunun statusunu eyniləşdirməklə bağlı gücənməsidir.

Sülalə başçısı mətbuat konfransında dedi:

“Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”, - deyə İlham deyib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu axşam İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək üçtərəfli və ikitərəfli görüşlərdə İlham bir daha səyini irəli sürəcək.

İlhamın Türkiyənin NATO işğalçı blokuna üzvü olmasına vurğu etməklə Azərbaycan - Türkiyə birgə hərbi təlimlərini keçirməsini söyləməsi, bu təlimlərin “sülh və təhlükəsizliyə” yönəldiyini bəyan etməsi buna xatirdir ki, NATO işğalçı blokunun prosesdə daha çox Azərbaycana dəstək versin. Lakin NATO işğalçı blokundan belə bir addımın Müsəlman Azərbaycan üçün gözlənilməsi absurddur...


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!