Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

8 dekabr 2021

04:19:35
1206333

Yəmənli qüvvələr Ərriyada raket hücumu ediblər

İnformasiya mənbələri dünən gecə yəmənli qüvvələrin Ərəbistanın paytaxtına qarşı raket hücumundan xəbər veriblər.

ABNA24 Xəbər Verir, Səud koalisiyası iddia edibdir ki, Ərriyadın səmasında izlədiyi bir ədəd ballistik raketi vurubdur.

Hələ yəmənli rəsmilər səud koalisiyasının iddiasına reaksiya verməyiblər.

Bu raket hücumunun fonunda qeyd edək ki, səud koalisiyası ondan öncə Marəb əyalətini 47 dəfə bombaladığını bildirmişdi.

Daha öncə Yəmən milli qurtuluş hökumətinin milli müzakirə heyətinin üzvü Əbdülməlik Əlhəcəri demişdi ki, bu hücumlar təcavüzkar ölkələrə baha başa gələcək.

Son günlər ərzində səud koalisiyasının Yəmənin müxtəlif bölgələrinə, o sıradan bu ölkənin paytaxtı Sənaya qarşı hava hücumları artıb və bu hücumlarda indiyədək onlarla mülki öldürülübdür.

Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi 2015-ci ilin martından bəri yüz minlərlə yəmənlinin ölməsi və yaralanması, dörd milyon nəfərin isə didərgin düşməsilə nəticələnib.

Ərəbistanının hərbi təcavüzü Yəmən infrastrukturlarının 85 faizindən çoxunu dağıdıb və bu ölkəni qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

342/