Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

7 dekabr 2021

12:49:49
1206219

Qərbi Asiya

Yəmənin pilotsuz təyyarəsi Səudiyyə Ərəbistanının cənubuna hücum edib

Səudiyyə Ərəbistanı Yəmən pilotsuz təyyarəsinin növünü qeyd etməyib və PUA-nın dağıntılarını da göstərməyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ, ingiltərə, Avropa İttifaqı və sionist rejimin tam dəstəklədiyi Səudiyyə koalisiyası bazar günü gecə Yəmən Ənsarullah Hərakatının pilotsuz təyyarəsinin Səudiyyə Ərəbistanının cənubuna hücumunu təsdiqləyib.

Qətərin Əl-Cəzirə xəbər şəbəkəsi Səudiyyə koalisiyasına istinadən bildirib ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəməndən Səudiyyə Ərəbistanının cənubuna uçan bomba yüklü pilotsuz təyyarəni ələ keçirib və məhv etdiklərini iddia ediblər.

Səudiyyə Ərəbistanı Yəmən pilotsuz təyyarəsinin növünü qeyd etməyib və PUA-nın “dağıntılarını” da göstərməyib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!