Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

6 dekabr 2021

14:45:08
1205877

Qafqaz və Azərbaycan

Şiə Ruhanisi, kimyagər, astronom və s. alim Mir Möhsün Nəvvab Qərabağinin Cıdır düzündəki məzarı bərpa olunub

Mir Möhsünün Qərəbaği əsərləri içərisində "Təzkireyi-Nəvvab" toplusu daha artıq maraq doğurur. Burada XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq Şiə şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Mir Möhsün Nəvvab Qərəbaği (میر محسن نواب قره باغی) (1833) Çar Rusiya iperiyasının İranı işğal edərək Qafqazı əlinə keçirtdikdən sonra Şuşa şəhərində yaşayıb-yaratmış Şiə Ruhanisi, şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alimin Şuşanın Cıdır düzündə yerləşən və işğal dövründə erməni vandalları tərəfindən dağıdılan məzar daşı bərpa olunub.

Bu barədə Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev tviter səhifəsində yazıb: “Şuşanın Cıdır düzündə Azərbaycanın məşhur naşiri və şairi Mir Möhsün Nəvvabın məzar daşın mədəniyyətsizlər dağıdıblar. Müharibəni hətta ölüllərə qarşı da aparıblar”.

 

Həyatı

Şuşanın Mamay məhəlləsində Nəvvab Qərabağinin evi

İndi Mir Möhsün Nəvvab Qərabağini ilk öncə musiqişünas, İran Azəri ləhcəsində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab Qərabaği sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır.

O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini Şiə Ruhani məktəbində alan Nəvvab Qərabaği ərəb, fars dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı Şiə mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.

Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şerlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, "Məclisi-fəramuşan" adlı ədəbi, "Məclisi-xanəndə" adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər Şuşadakı "Məclisi-üns", Şamaxıdakı "Beytüs-Səfa", Bakıdakı "Məcməüş-şüəra" ilə sıx saxlayırdı.

 

Yaradıcılığı

"Kəşfül-həqiqəti-məsnəvi" (birinci səhifəsi)

Mir Möhsünün Qərəbaği əsərləri içərisində "Təzkireyi-Nəvvab" toplusu daha artıq maraq doğurur. Burada XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq Şiə şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.

Nəvvab Qərabaği riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. "Nəsihətnamə" əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mənada onun Kifayətül-ətfal,Nurül-Ənvar" və Pəndnamə kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, Əhli Beyt (əleyhimus səlam) Maarifinə söykənərək öz bədii yaradıcılığı ilə vermişdi. Şiə Məktəbindən qaynaqlanaraq bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və Məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır.

Mir Möhsün Nəvvab Qərabağinin məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri də məlumdur). Həmin risaləsində Mir Möhsün Əhli Beyt (əleyhimus səlam) Maarifinə və İrfanına köklənmiş ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişapur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi,Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir.

Muğamların emosional təsiri haqqında Nəvvab yazır ki, Üşşaq, Busəlik və Nəva şücaət və hünər göstərməyə ruhlandırır, Bozarq, Rahavi, Zəngulə, Zirəfkəndi, Hüseyni kədərli duyğular oyadır. Nəvvab musiqinin müalicəvi əhəmiyyəti barədə də bir sıra maraqlı fikirlər söyləyir. Əsər bu sözlərlə bitir: "Bu risalə Vətən elminin qüdrətini artırmaq məqsədilə yazılmışdır."

Nəvvab Qərabaği 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Qafqazda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

 

Kitabları

1- Nəvvab M.M. Nəsihətnamə, Bakı, Azərbaycan nəşriyyatı, 2005, 56 s.

2- «Təvarixirəzm və şurişi tayifeyi-əraməniyeyi — Qafqaz ba firqeyi müsəlmanan» («Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri») əsəri[3]

3- Nəvvab M.M. 1905-1906-cı illərdə еrməni-müsəlman davası, Bakı, Azərbaycan nəşriyyatı, 1993, 128 s.

4- Nəvvab M.M. Divan, Bakı, Şuşa, 1999, 192 s.

5- Nəvvab M.M. Təzkirеyi-Nəvvab, Bakı, Azərbaycan nəşriyyatı, 1998, 560 s.

6- Nəvvab M.M. Avrоpa ibtidai musiqi savadı dərsliyi. Bakı, 1995.

7- Nəvvab M.M. Vüzuh-ül-Ərqam, Bakı, Еlm, 1989, 84 s.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!