Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

5 dekabr 2021

04:12:16
1205220

Yəmən ordusu ABŞ-ın casus PUA-sını məhv edib

Yəmən ordusu bildirib ki, onun qüvvələri ABŞ istehsalı olan casus pilotsuz təyyarəni düşmən əməliyyatı keçirərkən, vura bilib.

ABNA24 Xəbər Verir, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərii deyib: "Havadan müdafiə qüvvələrimiz, Məarib vilayətinin "Əl-Cubə" bölgəsində ABŞ istehsalı olan və casusluq və kəşfiyyat əməliyyatlarında istifadə edilən "ScanEagle" markalı PUA-nı düşmənçilik əməliyyatları zamanı vuraraq, məhv edib".

Yəhya Sərii əlavə edib: "Bu əməliyyat münasib bir silahla aparılıb və bu, 7-ci "ScanEagle" tipli ABŞ-ın kəşfiyyat PUA-sıdır ki, cari ilin əvvəlindən bəri Yəmənin Havadan Müdafiə Sistemləri tərəfindən vurularaq, məhv edilir.

342/