Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

22 noyabr 2021

17:39:33
1201193

Qərbi Asiya Xəbərləri – Səudiyyə

Yezid soylu Səudiyyə Ərəbistanı Yəməndəki içməli su anbarlarına hava zərbələri endirib – Foto Reportaj

Qurğular Vasit, əl-Masil, əl-Sum, əl-Mutnə, əl-Cədidə (şəhər mərkəzi) və əl-Asyud məntəqələrində 5 minə yaxın insanı su ilə təmin edirdi.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəməndə ardıcıl olaraq uduzan, İngiltərə, ABŞ, sionist rejim və Avropa İttifaqı tərəfindən tam dəstəklənən Səudiyyə koalisiyasının qırıcıları dünən əl-Cuba şəhərindəki içməli su təchizatı obyektini hədəfə alıb və obyektə ciddi ziyan vurub.

Yəmən Əl-Məsirə şəbəkəsinin sahə müxbiri Abdullah əl-Səqaf yazıb ki, qurğular Vasit, əl-Masil, əl-Sum, əl-Mutnə, əl-Cədidə (şəhər mərkəzi) və əl-Asyud məntəqələrində 5 minə yaxın insanı su ilə təmin edirdi.

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!