Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

15 noyabr 2021

17:39:32
1198815

Qərbi Asiya Xəbərləri – Yəmən

Ənsarullah qüvvələri Yəmənin Saleh şəhərini yəhudi işğalından azad etdilər

Yəmən qüvvələri həmçinin Əl-Hüdeydə əyalətinin Əl-Nəxilə, Əl-Şüceyrə, Qəsbə, əl-Cəribə, əl-Taif və əl-Durihami şəhərinin digər ərazilərini Səudiyyə koalisiyasından azad ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Ordu qüvvələri və xalq komitələri ölkənin qərbindəki Əl-Hudeydə əyalətində irəliləyib.

Bu qüvvələr əl-Hudeydə əyalətinin “Saleh” şəhərini Səudiyyə koalisiyasının muzdlu ünsürlərindən tamamilə təmizləyə biliblər.

Yəmənlilər Əl-Hudeydə hava limanı ətrafında da geniş irəliləyiş əldə edərək, hava limanı ətrafındakı Əl-Mənzar ərazisini azad ediblər.

Yəmən qüvvələri həmçinin Əl-Hüdeydə əyalətinin Əl-Nəxilə, Əl-Şüceyrə, Qəsbə, əl-Cəribə, əl-Taif və əl-Durihami şəhərinin digər ərazilərini Səudiyyə koalisiyasından azad ediblər.

Yəmənlilər əl-Hudeydədəki süd və qida fabrikləri kompleksinə də nəzarəti bərpa ediblər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!