Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

13 noyabr 2021

13:53:26
1198029

Qərbi Asiya Xəbərləri – Yəmən

Yəmən ordusu ABŞ-ın ScanEagle markalı casus dronunu darmadağın etdi

Yəhya Səri bildirib: “Bu, 6-cı ScanEagle markalı ABŞ PUA-sıdır ki, cari ildə Yəmənin Havadan Müdafiə Sistemləri tərəfindən vurularaq darmadağın edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada Generalı Yəhya Səri bildirib: "Havadan müdafiə qüvvələrimiz, bu gün (şənbə) səhər Marib vilayətində Amerika Birləşmiş Ştatlarının istehsalı olan və casusluq və kəşfiyyat əməliyyatlarında istifadə edilən ScanEagle markalı PUA-sını düşmənçilik əməliyyatları zamanı vuraraq darmadağın edib."

Briqada Generalı bildirib: “Amerika istehsalı olan bu PUA-nı münasib silahlarlar vurmuşuq. Tez bir zamanda vurulmuş PUA-nın dağıntılarının görüntülərini media vasitəsi ilə yayımlayacağıb.

Yəhya Səri bildirib: “Bu, 6-cı ScanEagle markalı ABŞ PUA-sıdır ki, cari ildə Yəmənin Havadan Müdafiə Sistemləri tərəfindən vurularaq darmadağın edilib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!