Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

31 oktyabr 2021

13:47:07
1193972

"Yəmənə qarşı müharibə dayandırılmalıdır"

Qüds Pravoslav Kilsəsinin arxiyepiskopu Yəmənin günahsız xalqına qarşı müharibə və hücuma son qoymağa çağırıb.

ABNA24 Xəbər Verir,Qüdsdəki Pravoslav Kilsəsinin arxiyepiskopu Mətran Ətaullah Həna dünən verdiyi açıqlamada deyib: "Biz Yəməndə günahsız insanların hədəf alınmasına qarşıyıq və bu müharibəni dayandırmağın vaxtıdır". 

Beytül-Müqəddəsdəki bu din xadimi elə bir halda Yəmən xalqını müdafiə edib ki, bu günlərdə Livanın informasiya nazirinin səud koalisiyasının təcavüzünə qarşı açıqlamaları Səudiyyə tərəfdarlarının geniş reaksiyası ilə üzləşib.

Nəcib Miqati hökumətinin informasiya naziri Corc Qurdahi məşhur "Bərləmano Şəəb" yəni "Xalq Parlamenti" televiziya proqramında Yəmənə qarşı təcavüzün dayandırılmasının vacibliyini vurğulayıb.

342/