Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

27 oktyabr 2021

17:57:24
1192924

Qərbi Asiya Xəbərləri – Yəmən

Adalarımızı işğal etmiş sionist İsrail və İngilis işğalçılarını qovmayıncana qədər sakit əyləşməyəcəyik!

Məhəmməd Nasir Əl-Atefi: “Bununla bağlı çoxlu məlumatımız var və müxtəlif hadisələri izləyirik və əvvəllər də dediyimiz kimi, Yəmən torpaqları, adaları, limanları və ya əyalətləri tam azad olunmayana heç vaxt dincəlməyəcəyik. Və sionistlər nə demək istədiyimizi gələcəkdə başa düşəcəklər.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmənin Milli Qurtuluş Hökumətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atefi BƏƏ və Səudiyyə Ərəbistanının Yəmənin Sokotra və Mayyun kimi bir sıra adalarını təcavüzkar sionist İsrail rejiminə vermələri ilə bağlı deyib: “Bununla bağlı çoxlu məlumatımız var və müxtəlif hadisələri izləyirik və əvvəllər də dediyimiz kimi, Yəmən torpaqları, adaları, limanları və ya əyalətləri tam azad olunmayana heç vaxt dincəlməyəcəyik. Və sionistlər nə demək istədiyimizi gələcəkdə başa düşəcəklər.

Yəmənin müdafiə naziri İngiltərənin Əl-Mehradakı hərbi mövcudluğu ilə bağlı bildirib ki, Britaniyanın Əl-Mehrada mövcudluğu işğal və müstəmləkəçilikdir və Yəmən adalarında bütün təcavüzkarlarla mübarizə aparacağıq və Yəmənin ərazilərini tamamilə geri alıb işğalçıları rədd etməyincəyə qədər heç vaxt dincəlməyəcəyik.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!