Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
çərşənbə

27 oktyabr 2021

04:51:43
1192663

Yəmənin cənubunda səud koalisiyasına qarşı xalq etirazları

Yəmənin cənubunda yerləşən və səud koalisiyasının işğalı altında olan Əlmukalla şəhərinin əhalisi işğalçılığa və pis məişət şəraitinə qarşı aksiya keçirib.

ABNA24 Xəbər Verir, Etirazçılar qəsbkarların və onların muzdurlarının Yəməndən qovulmaları, həmçinin məişət və iaşə xidmətləri vəziyyətinin yaxşılaşdırılmasını tələb ediblər.

Səud koalisiyasının işğalı altında olan Yəmənin cənub rayonları pis iaşə xidmətləri və məişət şəraiti, ticarət mallarında qiymət artımı, qeyri-düzgün idarəçilik və əmin-amansızlığın artması ilə üzləşirlər. Bu məsələ Təiz, Həzrəmut və Ədən kimi əyalətlərdə ardıcıl etirazların baş verməsinə bais olub.

Ərəbistan Amerikanın, əmirliklərin və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb. Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

/342/