Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

24 oktyabr 2021

13:51:02
1191766

Sözün Düzü

Türkiyəli mütəxəssis: ““Tarixi sərhədlərə qayıdaq” dediyiniz zaman, iranlıların sevincdən rəqs etdiklərini düşünmürsünüzmü?”

*Tarixi sərhədlərimizə qayıtmalıyıq deyirlər və sair... Bu xəbər qarşı tərəfə (İrana) çatarsa, deyərlər nə yaxşı, düz deyirsən!

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 200 il öncə Çar rusiyasının İranla müharibələri zamanı İranla bağladığı Gülüstan və Türkmənçay müqaviləsinə əsasən Qafqazı İran ərazisindən ayıraraq öz imperiyasına daxil edildikdən 100 il sonra bölşiviklərin Çar Rusiyasını devirməsi ilə Qafqaz nisbən müstəqiləşdi və Xalq Cumhuriyyəti yaradıldı. Elə həmin illərdən bəri başlayaraq günümüzə kimi daim Cənubi Qafqazda yerli xalqların düşüncələrində ana vətənləri olan İrana qarşı ədavət toxumunu əkməyə çalışırlar. Son 30 ildə isə bu şeytani əqidə olan “pantürkçülük” azğın ideologiya ilə özünün pik həddinə gəlib çatıb. Belə ki, düşmən qüvvələri İrana qarşı yeni ərazi iddialarındadırlar (!)... Bütün bu xam iddialara cavab olaraq türkiyəli siyasi analtik müşahidə edəcəyiniz videoda gözəl açıqlama verir:

*““Tarixi sərhədlərə qayıdaq” dediyiniz zaman, iranlıların sevincdən rəqs etdiklərini düşünmürsünüzmü?”

*Tarixi sərhədlərimizə qayıtmalıyıq deyirlər və sair... Bu xəbər qarşı tərəfə (İrana) çatarsa, deyərlər nə yaxşı, düz deyirsən!

*Tarixi sərhədlərimiz haradadır? Orta Asiya! O zaman Orta Asiyaya (Orxon düzünə) qayıtmalıyıqmı?! Bu nə gülünc sözlərdir ifadə edirsiniz.

*Deyəcəklər ki, bu tarixi sənədlərə görə Dağlıq Qarabağ, Bakı, Türkmənistan, Qazaxıstan və s. kimi torpaqlar İranın tarixi torpaqlarıdır.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!