Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

24 oktyabr 2021

13:11:06
1191750

Mövqe

Nəzakət Məmmədova: Təxribatçı erməniləri azad edən ölkənin DTX-sı mömin azərbaycanlıları həbs edir

Təxribatçı erməniləri azad edən ölkənin DTX-sı mömin azərbaycanlıları həbs edir. Onlar agent idisə, niyə indiyədək azadlıqda idi?! Agent deyilsə, niyə məhz indi həbs olunur?! Agent olmaq da mövsümlə və siyasi konyuktura ilədir?! Çox absurd ittihamdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Beynəlxalq Əlaqələr və Təhlükəsizlik üzrə mütəxəssis Nəzakət Məmmədova özünün feysbuk səhifəsində Azərbaycanda rəsmi dövlət tərəfindən xalqın mömin təbəqəsinə qarşı apardığı yalnış siyasətlər barədə fikrini bölüşüb.

Nəzakət xanımın açıqlamasını sizə təqdim edirik:

 

“Səhifəmi güdən və ittihamlara yalnız söyüşlə cavab vermək potensialı olan DTX-nın trolluq edən əməkdaşlarının və agentlərinin menyusuna. Təxribatçı erməniləri azad edən ölkənin DTX-sı mömin azərbaycanlıları həbs edir. Onlar agent idisə, niyə indiyədək azadlıqda idi?! Agent deyilsə, niyə məhz indi həbs olunur?! Agent olmaq da mövsümlə və siyasi konyuktura ilədir?! Çox absurd ittihamdır. Ona qalsa, Ukrayna pravoslav kilsəsi də Rusiyaya tabedir, yaxud yunan pravoslavlarının mərkəzi Konstantinopol patriarxlığıdır. Tarixən dini mərkəz rolu oynamış ölkə ilə bağlılıq agent olma anlamına gəlməz. Onda Yunanıstan da möminləri də İstanbula bağlılıq ittihamı ilə həbs etsin?! Həbs olunan şəxslərdən hansı dövlətin konstitusiyon quruluşunun dəyişilməsi üçün açıq çağırışlar ediblər?! Öz alternativ ideologiyanı qoyacaqsan, qayda-qanun yaradacaqsan, haqsızlığa, rüşvətə son qoyacaqsan ki, sənin əhalin və din xadimlərin başqa ölkəyə rəğbət göstərməsin... Bunun başqa yolu yoxdur.

Nəzakət Məmmədova”

https://www.facebook.com/nezaket.memmedova.96

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!