ABNA24 Xəbər Verir, Yəhya Səri bu ölkə qüvvələrinin təcavüzkar səud-əmirliklər koalisiyasının düşərgəsinə qarşı raket hücumunun detallarını açıqlayıb. Bildirib ki, həmin hücumda «Apaçi» vertolyotlarının anqarları, silah və sursat anbarları və komandanlıq qərargahı hədəfə alınıb.
Yəmən silahlı qüvvələrinin rəsmi nümayəndəsi vurğulayıb ki, bu əməliyyatda 35-dən çox səud ölüb və yaralanıb və onların arasında bir neçə zabit və pilot da var.
Səri bildirib ki, bu hücum səud koalisiyasının təcavüzlərinə, Yəmənin zalımcasına mühasirəsinə və davamlı hücumlara cavab istiqamətində həyata keçirilib.
342/