Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

18 oktyabr 2021

14:09:16
1189837

Yəməndəki aclığa son qoyulmasına çağırış

BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı Yəməndəki aclığa son qoyulması üçün dünya ictimaiyyətinin təcili tədbir görməsini istəyib.

ABNA24 Xəbər Verir, Bu proqram tvitterdə vurğulayıb ki, qida yardımına ehtiyacı olan yəmənli ailələrə dəstəyə sadiqdir.

Ümumdünya Ərzaq Proqramı bundan öncə bildirmişdi ki, Yəmən dünyada ən kəskin qida böhranı ilə üzləşir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits də son zamanlar bu ölkədəki insani durumu faciəli adlandırıb. Bildirib ki, beş milyon yəmənli qıtlıq təhlükəsi astanasındadır.

Yəmən son altı ildə təcavüzkar səud koalisiyası tərəfindən hərtərəfli mühasirəyə görə, kəskin tibbi ləvazimat, ərzaq və yanacaq maddələri çatışmalığı üzləşib.

342/