Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

17 oktyabr 2021

14:13:35
1189400

Yəmən tankerlərinin müsadirəsi davam edir

Yəmənin neft şirkəti təcavüzkar səud koalisiyası tərəfindən bu ölkənin üç tankerinin müsadirəsinin davam etdiyini bildirib.

ABNA24 Xəbər Verir, Yəmənin neft şirkəti bir bəyanatda bildirib ki, bu üç tanker 78 min 295 tondan çox dizel və mazut daşıyır.

Yəmənin neft şirkəti bu bəyanatda əlavə edib: "Cibutidə yerləşən araşdırma və təftiş agentliyinin mexanizminə əsaslanan bütün araşdırmalara və BMT-dən lisenziyaların alınmasına baxmayaraq, bu tankerlər 280 gündən çoxdur ki, saxlanıblar. 

Bəyanatda deyilir: "BMT Yəmənə zəruri malların idxalını asanlaşdırmaqdan məsul olan bir beynəlxalq tərəf kimi, cinayətkar soyğunçuluğun davam etməsi və müxtəlif fəlakətli nəticələri qarşısında heç bir ciddi və hiss olunası tədbir görməmişdir".

Təcavüzkar səud koalisiyası indiyə kimi dəfələrlə Yəmənin ərzaq məhsulları, yanacaq və tibbi ləvazimat daşıyan gəmilərini müsadirə edib. 

342/