Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

17 oktyabr 2021

13:33:18
1189387

Qərbi Asiya Xəbərləri – Yəmən

Yəmən pilotsuz təyyarəsi Səudiyyə Ərəbistanının cənub -qərbinə ağır zərbə endirib

Səudiyyə mediası şənbə günü səhər Yəmən Ənsarüllah Qüvvələrinin pilotsuz təyyarəsinin ölkənin cənub-qərbində ağır zərbələr endirdiyini təyid edərək pilotsuz təyyarəni vurduqlarını iddia etmişlər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Səudiyyə mediası şənbə günü səhər Yəmən Ənsarüllah Qüvvələrinin pilotsuz təyyarəsinin ölkənin cənub-qərbində ağır zərbələr endirdiyini təyid edərək pilotsuz təyyarəni vurduqlarını iddia etmişlər.

Əl-Ərəbiyyə, Ər-Riyadın rəhbərlik etdiyi Ərəb Koalisiyasına istinadən bildirib: “Səudiyyə hava hücumundan müdafiə sistemləri, Yəməndən Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cəzan şəhərinə uçan bombardımançı pilotsuz təyyarəni ələ keçirmiş və məhv etmişdir.”

Pilotsuz təyyarənin növündən bəhs etməyən Səudiyyə Ərəbistanı hətta vurulan təyyarənin qalıqlarını belə göstərməyə aciz qalmışdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!