Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

13 oktyabr 2021

21:15:55
1188505

Qafqaz Xəbərləri – Azərbaycan

Əliyevlər başçısı İlham yenə də qardaş dövlətə şər yaxdı. Ermənilərlə əlaqələri normallaşdıran İlham İranı qınadı

Dünya mediasında olduğu kimi Azərbaycan xalqının gözü önündə də özünü məsum və haqlı kimi göstərməyə çalışan, heç zaman etiraz edib qınamağa cürət etmədiyi, Rusiyadan bir-başa Azərbaycan dəhlizi ilə Gəncəyə və oradan da Qarabağa göndərilən hərbi sürsat TIR-ları barədə, Qarabağdakı tannmayan Artsak prezidenti Araik Vladimiroviç Arutyunyan başda olmaqla erməni terrorçu dəstələrinin Azərbaycan Respublikasının Qaz və Neft məhsulları kimi digər enerjiləri ilə şəxsən təmin etməsini ört-bastır etməyə çalışan İlham İtaliyalı jurnalistə verdiyi cəfəngiyatının davamında belə deyib: “Notadan sonra İrandan Qarabağa girən yük maşınlarının sayı artdı”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan Respublikasın qanunsuz hakim kəsilmiş İlham 13 Oktyabr 2021 tarixdə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin “ Belə başa düşürəm ki, Sizin İsrail ilə yaxın olmağınızdan İran o qədər də məmnun deyil” sualına cavab verərkən bir daha qonşu qardaş ölkəsinə, İran İslam Respublikasına qarşı start verdiyi qara pira davam etdi.

Belə ki, 44 günlük müharibədə Qarabağı azad edə bilməyən (red: Əslində Azərbaycanın Hüseynçi igidləri Şuşanı aldıqdan sonra Xankəndini, Xocalını da almışdırlar. Ancaq İlham, 10 Noyabrda Putinin hazırladığı “bəyanatına” atdığı imzasından sonra Azərbaycan Ordusunu Qarabağdan geri çəkdirdi.) və Azərbaycanın torpaqlarını ermənilərə peşkeş edən, Ermənistan ilə ticarət əlaqələrini quran, quru və hava yollarını Ermənistanın üzərinə açan, Azərbaycanın əzəli torpağı olan Qarabağa Ermənistan Respublikasının sərnişin, yük və hərbi maşınlarını hətta rüsum almadan, heç bir nəzarət etmədən və yoxlanış aparmadan buraxan İlham İran İslam Respublikasını yersiz və məntiqsiz olaraq suçlayıb.

Qəbilə başçısı jurnalistin sualını belə cavablandırıb: “Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik”.

Rusiya, Ermənistan və Azərbaycan arasında bağlanan 10. Noyabr 2020 tarixli bəyanatı“Ermənistanın kapitulyasiyası” kimi düşünən İlham zaman keçdikcə bunun yanlış anladığını görərəkŞəhid anaları və Qazilər başda olmaqla Azərbaycan xalqı qarşısında cavabdeh olmasın deyərək, xalqın zehnlərini 28 il ərzində qəbilə sisteminin yaratdığı düşmən obrazına, İran İslam Respublikasına qarşı yönəltməyə başlayaraq deyib:

“Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq.

Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir.

Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar.”

Dünya mediasında olduğu kimi Azərbaycan xalqının gözü önündə də özünü məsum və haqlı kimi göstərməyə çalışan, heç zaman etiraz edib qınamağa cürət etmədiyi, Rusiyadan bir-başa Azərbaycan dəhlizi ilə Gəncəyə və oradan da Qarabağa göndərilən hərbi sürsat TIR-ları barədə, Qarabağdakı tannmayan Artsak prezidenti Araik Vladimiroviç Arutyunyan başda olmaqla erməni terrorçu dəstələrinin Azərbaycan Respublikasının Qaz və Neft məhsulları kimi digər enerjiləri ilə şəxsən təmin etməsini ört-bastır etməyə çalışan İlham İtaliyalı jurnalistə verdiyi cəfəngiyatının davamında belə deyib:

“Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi.”

Kütlənin beynini azdırıcı və çaşdırıcı danışıqları ilə doldurmağa səy göstərən İlham ən sonda sözünün davamında belə deyb: “Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!