Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

12 oktyabr 2021

20:17:14
1188175

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq 2021

Ərbəin zəvvarları özləri ilə birlikdə hansı sovqatı gətirməlidirlər? / Bu il "bütün" şiələri ziyarətə gələn bir Amerika şəhərinin hekayəsi!

Cənab Vəhidpur senzuranın səbəbini belə ifadə edib: “Onlar bilirlər ki, əgər dünya bu səhnələri görsə, "Hüseyn kimdir? Kərbəla haradadır? İnsanlar niyə yürüş edir?" deyərək sual edəib maraqlanacaqlar. Bax bu sual və onun cavabı “dünya güclərinin” maraqlarına uyğun deyil.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bu il (Hicri Qəməri 1443 ci- il, Miladi 2021) Ərbəin yürüşünə qatılan və İmam Hüseynin (ə) zəvvarlarına xidmət göstərən Qum Elmi Hövzəsinin yüksək səviyyəli professoru Höccətül-İslam və Müslimin "Hüseyn Vəhidpur" ABNA saytının İraqdakı xüsusi müxbirinə verdiyi müsahibədə bildirib: “Həyatımızın ən gözəl anlarıdır. Bütün adi və gündəlik işlər, dərslər, elmi müzakirələr-axtarışlar və media bir tərəfə, bir neçə günə gəlib zəvvarlara xidmət etməyimiz başqa bir tərəfə.

Bu hadisənin möhtəşəmliyi sözlərlə və hətta şəkillərlə ifadə edilə bilməz; Amma Ərbəin zəvvarlarının hamısına "dənizə axan çaylar" deyirəm.”

Nəcəfdən Kərbəlaya gedən əsas marşrutun 299 -cu sütununda mərhum Ayətullah "Mirzə Cavad Təbrizi" kortejində xidmət edən Höccətül-İslam və Müslimin "Hüseyn Vəhidpur" bildirib: "Bu insanlar qəlblərini və ruhlarını bu mənəvi çayın içində təmizləyirlər. Ürəkləri təmizləməyin yolu budur. Zəvvarlar indi dənizə aparan çaylarda qərar tapırlar. Kərbəlaya daxil olduqdan sonra isə dənizə daxil olacaqlar. Dənizə bağlanan su daimidir. Yerə bir damla su düşərsə quruyar; Amma dənizə damlanarsa, onun bir hissəsi olur. Bu əhali də Kərbəla dənizinə bağlanmaqla özünü davamlı edir.”

Höccətül-İslam və Müslimin "Hüseyn Vəhidpur", bu il Ərbəin möcüzələrindən biri barədə belə buyurub: "Amerika şəhərlərindən birində cəmi 30 şiə var və bu il 30 adamın hamısı Ərbəin yürüşünə gəlmişdir; Yəni, o şəhərin bütün şiələri bu ziyarətə gediblər.”

O, dünya mediasında Ərbəin yürüşünün xəbər boykotunu tənqid edərək deyib: "Bəzən dünyada kiçik bir dəyərsiz hadisə baş verən kimi xarici media xəbərlərinin başlığında qərar tapər və təbliğat dəsgahları onu böyüdür və bütün dünyaya yayımlayır! Amma hər yerdə müxbirləri olan eyni medialar, Ərbəin mərasimini senzura edirlər!

Mən sual edirəm: Planetin ən böyük dini toplantısı olan Ərbəin Yürüşünün dünya medialarında yayımlanmağına haqqı yoxdurmu?”

Cənab Vəhidpur senzuranın səbəbini belə ifadə edib: “Onlar bilirlər ki, əgər dünya bu səhnələri görsə, "Hüseyn kimdir? Kərbəla haradadır? İnsanlar niyə yürüş edir?" deyərək sual edəib maraqlanacaqlar. Bax bu sual və onun cavabı “dünya güclərinin” maraqlarına uyğun deyil.”

Cənab Hüseyn Vəhidpur bildirib: "Düşünürəm ki, Ərbəin yürüşü Aşura hərəkatından daha önəmlidir, çünki bu, davamlı və mütəşəkkildir. Əmin olun ki, Ərbəin hərəkatı nə tətil olunacaq, nə də sönməyəcək. İnanıram ki, Ərbəin yürüşü hər il daha da həyəcanlı olacaqdır. Bu təcrübədən keçib. İraqlılar bu il milyonlarla iranlı zəvvarın olmadığını hiss etdilər və biz bu boşluğu doldurmalıyıq dedilər və həqiqətən də etdilər. Bu ilki xidmət və iştirak əvvəlki illərdən heç nə ilə fərqlənmir. Hətta deyərdim ki, bu ilki hazırlıq və xidmətlər ötən illərə nisbətdə daha çoxdur. İraqlılar bütün varlıqlarını səmimiyyətlə ortaya qoyub, ixlasa meydana gəldilər.

Bu mərasim çox möhtəşəmdir və bura gəlib səhnəni daha da möhtəşəm etmək bizim üçün ən böyük ibadətlərdən biridir – deyən Qum Elmi Hövzəsinin professoru "Fərqli ölkələrdən gələn zəvvarlar Ərbəin gəzintisindən özləri ilə nə götürməlidir?" sualına belə cavab verib:

"Ən yaxşı sovqat, daha çox mərifətli və elimli olmaqdır. Ərbəin zəvvarı, elm və mərifətlə bu yola qədəm qoyur; Çünki gördüyü işə agah olmasaydı, burada olmayacaqdı. Elmin qolu sevgi və ehtirasdır. Bu yol yalnız cazibədarlıq tələb edir; Daxili maqnit insanın mənəmliyini öldürüb, buraya gətirmək istəyir. Çünki bu yürüş çətindir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!