Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

4 oktyabr 2021

19:10:54
1185879

Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq 2021

ABNA eksklüziv olaraq Peyğəmbərin şəhadət günü münasibətilə Nəcəfə piyada yürüş edən zəvvarın xəbərini işıqlandırır

Bu il, yeddinci il, ardıcıl olaraq, ABNA Xəbər Agentliyi sözü gedən yürüş üçün İraqa xüsusi müxbirlər və fotoqraflar göndərərək Nəcəfi Əşrəfə piyada yürüş edən Həzrəti Rəsuli Əkrəm (səlləllahuəleyhi və alih) zəvvarlarının xəbərlərini, şəkilləri və reportajlarını işıqlandıracaq.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qədim bir ənənəyə görə, İraqlılar Peyğəmbərin (s) Şəhadətinin ildönümü günü Nəcəf Əşrəfə piyada səfər edərək, Peyğəmbərin Haqq Canişini və Damadı Əmirəl-möminin Əliyə (ə) başsağlığı verirlər.

Nəcəf və Kufə şəhərləri bu münasibətlə qara örtüyə bürünübdür. İmam Əlini (ə) ziyarət edən əzadarlara xidmət göstərmək üçün bir neçə xidmət çadırları təşkil edilmişdir.

Zəvvarların bir çoxu Nəcəfə piyada gedir. Buna görə də hazırda Nəcəf Əşrəf şəhərinə gedən yol sanki Ərbəin yürüşünü xatırladır...

Bu mərasim dünya xalqları arasında o qədər də tanınmadığına görə, Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi -ABNA- 2015-ci ildə ilk dəfə bu olayı işıqlandıraraq, dünya xalqlarına bu barədə məlumat verdi. Və hər il davamlı şəkildə bu işi görür; Dünyanın bir çox xalqları Peyğəmbərimizin (səlləllahu əleyhi və alih) Şəhadəti günüdə insanların piyada İmam Əlinin (əleyhi səlam) hərəminə doğru hərəkət etmələrini saytımızın vasitəsi ilə yayımlanan şəkillər ilə tanış ola bilirlər.

Bu il, yeddinci il, ardıcıl olaraq, ABNA Xəbər Agentliyi sözü gedən yürüş üçün İraqa xüsusi müxbirlər və fotoqraflar göndərərək Nəcəfi Əşrəfə piyada yürüş edən Həzrəti Rəsuli Əkrəm (səlləllahuəleyhi və alih) zəvvarlarının xəbərlərini, şəkilləri və reportajlarını işıqlandıracaq.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!